Rusiya bizim qardaşımız deyil | Azat Arşakyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüyü istəyib-istəmədiyinə qərar verməlidir. Məsələ müəyyən edilmiş prosedurlara uyğun şəkildə ictimai müzakirəyə çıxarılmalıdır”.
Bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan deyib.
“Rusiya Ermənistana qarşı cəza xarakterli qərarlar qəbul edə bilməz. İstəsək, Avrasiya İqtisadi Birliyində (AİB) qalarıq, istəməsək, oradan çıxarıq. Təşəbbüskar biz olmalıyıq, bizi haradansa çıxarmalarını, qovmalarını və ya dəvət etmələrini gözləməməliyik”, – o bildirib.
Arşakyanın fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşdığını demək düzgün deyil:
“Əksinə, Ermənistandan uzaqlaşan onlardır. KTMT kağız üzərində mövcuddur, faktiki olaraq işləmir. AİB çərçivəsində isə yollar bağlanıb.
Ermənistan inkişafın yeni mərhələsinə qədəm qoyub. Rusiya hazırda Ermənistanın suveren olması ilə razı olmadığını göstərmək üçün müxtəlif addımlar atır.
Ermənistanı hədələyən Medvedevə gəlincə, o, cinayətkar-oliqarx sistemə bağlı şəxsdir. Bizimlə Rusiya arasında hansısa qardaşlıq münasibətləri yoxdur. Rusiya Ermənistanı müstəmləkəsi kimi görür. Ermənistanı öz mülkləri kimi idarə etmək istəyirlər”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
