Pleyeri seçin:

Ermənistan Aİ-yə qoşulma prosesi ölkəni seçim qarşısında qoyur | Rusiya rəsmisi

10 yanvar 2025 172 baxış

“Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır”.

TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil. Ona görə də Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”, – deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq.

“Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. İndi getdikcə aydınlaşır ki, Aİİ-yə üzvlük imtiyazdır”, – deyə A.Overçuk vurğulayıb.

O həmçinin Aİ-yə üzvlüyü “Titanik” gəmisinə bilet almağa bənzədib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Qanunun qəbulu bu prosesə start verəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Aİ-yə daxil olmaq qərarı ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 172 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 172 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 172 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 172 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 172 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 172 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 172 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 172 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 172 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 172 baxış
Seçilmişlər
icon