Ermənistan bu hüquqdan məhrum ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan ağır atletika üzrə Dünya Çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. Buna səbəb İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı yaşanan insidentdir”.
Bunu erməni mətbuatına müsahibəsində bu ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
“Ən acınacaqlısı odur ki, biz dünən, hadisədən əvvəl 2024-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququ qazanmışıq. Bu bizim üçün müstəsna bir fürsət oldu”, – deyə o bildirib.
K.Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır. “Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın”, – deyə K.Giloyan əlavə edib.
Eyni zamanda nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməyəcək.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
