Ermənistan DİN binası qarşısında aksiya | Baqratdan qəti tələb
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda “Vətən naminə Tavuş” etiraz hərəkatının iştirakçıları Daxili İşlər Nazirliyinin binasının qarşısında aksiya keçiriblər. Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, onlar nazirdən mayın 28-i Sərdarabad memorialında baş verən insidentə aydınlıq gətirməsini tələb ediblər.
Aksiyaya başçılıq edən erməni arxiyepiskop Baqrat Qalstanyan da daxili işlər naziri Vahe Kazaryana müraciət edərək Sərdarabadda polisin 2-ci Qaraginə qarşı etdiyi hərəkətlərə aydınlıq gətirməsini istəyib.
Aksiyanın iştirakçıları tələb ediblər ki, nazir etirazçıların qarşısına ensin. Buna baxmayaraq, Vahe Kazaryan görüşdən imtina edib.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Vahe Kazaryan hazırda digər görüşlər keçirir.
“Sizinlə görüş təşkil edə bilmirik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər edəcəyik”, – deyə məlumatda qeyd olunub.
Daha sonra Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan etiraz edənlərin qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağını bildirib.
Qeyd edək ki, mayın 28-də polis Eçmiədzin kilsəsinin və ümumerməni katolikosu II Qareginin Sərdarabad memorial kompleksinə daxil olmasına mane olub. Buna səbəb kimi Paşinyan və hökumət nümayəndə heyətinin ora getməsi göstərilir.
#Baqrat Qalstanyan teqi istifadə olunub
- Erməni keşiş nədə ittiham olunur? | Detallar açıqlandı
- Ermənistanda hakimiyyət və kilsə arasında qarşıdurma böyüyür | II Qaregin həbs olunacaq?
- Paşinyan, Simonyan və Mirzoyanın qətlini kim sifariş verib? | Dəhşətli səs yazısının detalları
- Ermənistanda elə səs yazısı yayıldı ki... | Ruben Rubinyanyandan sensasiyalı açıqlama
- Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları
