Ermənistan gerbindəki gülüş stikeri
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın himni və gerbi dəyişdirilməlidir”.
Bunu ölkə parlamentinin sədri Alen Simonyan “Telegram”da yazıb.
O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır. A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb:
“Mənə elə gəlir ki, gec-tez Ermənistan Respublikasının himni dəyişdirilməlidir. O, bir dövlət himninin qaydalarına uyğun olaraq ölkəmizlə birbaşa əlaqəsi olmalı və əsl erməni ruhunda yazılmalıdır.
Mən iddia etmirəm ki, biz böyük Aram Xaçatryanın musiqisindən imtina etməliyik. Düşünürəm ki, əsər möhtəşəm, misilsiz və maksimum erməni musiqisinə yaxın yazılıb. Lakin aydındır ki, xarici mənşəli himnimizə düzəliş etmək artıq zəruri hal alıb.
Mənim fikrimcə, gerbimiz də dəyişilməlidir. Ən azından ölkəmiz su altında qala bilməz. Gerbimizdəki şir “Facebook”dakı gülüş stikeri kimi görünə bilməz, Ermənistanı qoruyan qılınc isə zəncirlənə bilməz”.
Qeyd edək ki, dövlət atributlarının dəyişdirilməsi məsələsi Ermənistanda ilk dəfə müzakirə edilmir. Bundan əvvəl yerli media Baş nazir Nikol Paşinyanın ölkəsinin gerbini və himnini dəyişdirməyə hazırlaşdığı haqqında məqalə dərc etmişdi.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
