Ermənistan məhsullarında hansı təhlükə aşkarlandı? - Rusiyada təcili araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90%-nin təhlükəli olduğu ortaya çıxıb.
Bu barədə məlumatı ölkənin Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqı yayıb.
Yoxlamalar Ermənistan brendi adı ilə Rusiya bazarlarına idxal edilən 20-dən çox fərqli konyak və 200 spirtli içki üzərində aparılıb.
“Alınan nümunələrin 89%-də pozuntular aşkar edilib. Yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Yalnız 23 nümunənin dövlət standartlarına və ölkə qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxıb”, – deyə araşdırmada bildirilib.
Xəbərə görə, Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələbi ilə Rusiyanın Baş Prokurorluğuna müraciət edilib.
Xatırladaq ki, Ermənistan 2023-cü ildə Rusiyaya ən böyük konyak tədarükçüsüdür. Sözügedən ölkənin bu içkinin idxalında payı 61,7% təşkil edir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
