Ermənistan regionda kommunikasiyaların açılmasında maraqlıdır - Baku TV
"Ermənistan regional kommunikasiyaların açılmasında çox maraqlıdır".
Bu barədə ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsi sayəsində Ermənistanın cənub hissəsi şimalla Naxçıvan dəmir yolu xətti vasitəsilə birləşdirilə bilər.
Nazir müavini qeyd edib ki, TRIPP təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı əlaqə deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə və qarşılıqlı faydanı təmin etməyə yönəlmiş daha irimiqyaslı və strateji layihədir.
O bildirib ki, kommunikasiyaların blokdan çıxarılması təkcə Şərqi Qərblə deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirmək imkanı yaradacaq, bu da bütün region üçün ciddi dəyişiklik olacaq.
"Biz bu layihənin həyata keçirilməsində çox maraqlıyıq. Amerikalı tərəfdaşlarla ölkəmizdə Ermənistan-ABŞ birgə müəssisəsini necə yaradacağımız barədə fəal danışıqlar aparılır. Biz artıq təkcə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına deyil, həm də birbaşa regionda kommunikasiyaların qurulmasına başlamışıq. Məsələn, 8 avqustdan sonra bizim Qazaxıstan buğdasının Azərbaycan və Gürcüstanın dəmir yolu marşrutları ilə idxalı presedentimiz var. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və qarşılıqlı asılılıqların yaradılmasının sabitliyə və sülhün bərqərar olmasına necə kömək edə biləcəyinin bariz nümunəsidir", – deyə Vahan Kostanyan qeyd edib.
#Vahan Kostanyan teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb - Baku TV CANLI
- Ermənistan-Rusiya ticari-iqtisadi münasibətləri - Baku TV
- Vahan Kostanyan Məcid Taxt-Ravançi ilə görüşüb - Baku TV
- İran-Ermənistan əlaqələri güclənir | Sərhədlər və ərazi bütövlüyü ilə bağlı...
- Erməni məmur Paşinyanın son açıqlamalarına münasibət bildirdi
