Ermənistan Rusiyaya möhtac qaldı | Erməni ekspert Münxendəki müzakirələrdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Münxen Təhlükəsizlik Konfransı NATO-nun təhlükəsizlik məsələlərini müzakirə edən platformadır".
Bunu “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.
O iddia edib ki, sözügedən konfransda Qərbin Rusiyaya qarşı müharibə aparması müzakirə edilib: "Rusiya dünyanın Qərb "demokratiyasının" boyunduruğundan azad edilməsi prosesinin lideridir. Ona görə də Ermənistanın və onun dövlətçiliyinin qurban edildiyi Münxen Təhlükəsizlik Konfransında Rusiyaya qarşı müharibə aparmaq məsələsi müzakirə olunur".
A.Ayvazyan bildirib ki, Ermənistanın qonşuları ölkənin parçalanmasından öz paylarını almağa çalışacaqlar. "Əgər Ermənistan könüllü olaraq özünü Qərbin maraqlarına qurban verirsə, niyə də olmasın?! Yalnız Rusiya Ermənistan dövlətçiliyinin qorunub saxlanmasında maraqlıdır və təkcə Moskvanın köməyi ilə biz onu saxlaya bilərik", – A.Ayvazyan qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
