Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilərlər.
Ölkənin müdafiə naziri Suren Papikyan qanuna müvafiq dəyişikliyin edilməsi üçün parlamentə müraciət edib.
O, “Müdafiə haqqında”, “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edib. Bununla Ermənistan vətəndaşları olan qadınlara könüllü olaraq orduda xidmət etmək hüququ veriləcək. Beləliklə, əgər təklif qanunverici orqan tərəfindən təsdiqlənərsə Ermənistanda qadınlar könüllü olaraq 6 ay müddətinə hərbi xidmətə cəlb olunacaqlar.
Bununla yanaşı, qadınların çağırış gününə qədər xidmətdən imtina etmək hüququ da olacaq. Qadınlar hərbi xidməti yalnız təlim hərbi hissələrində keçəcəklər.
Onlar 6 aydan sonra tərxisetmə zamanı 1 milyon dram fəxri ödəniş alacaqlar. 6 aydan sonra Ermənistan Ordusunda xidmətini davam etdirmək istəyən qadınlar 5 il müddətinə müqavilə bağlaya bilərlər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
