Ermənistanda Qarabağ müharibəsində iştirak edənlər aksiya keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır.
Paytaxt İrəvanda 44 günlük müharibənin iştirakçıları olan 100-dən çox hərbçi hökumət binası yaxınlığında etiraz aksiyası keçirib. Etirazçılar Tiqran Mets prospektini bağlamağa cəhd ediblər.
Nəqliyyatın hərəkətini məhdudlaşdıran yürüş iştirakçılarını bir neçə dəqiqə ərzində sayı xeyli artan polis müşayiət edib.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, aksiya iştirakçıları Respublika meydanında küçələri bağlayıblar. Onlar guya bağlı olan Laçın yolunun açılmasını tələb ediblər.
Polis qüvvələri etirazçıları xüsusi zorakılıqla dağıdıb. Bildirilir ki, polisin güc tətbiq etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, Ermənistanda aksiya istirakçılarına qarşı polis zorakılığına tez-tez rast gəlinir. Erməni mediasında və sosial şəbəkələrdə aksiya iştirakçılarına qarşı polisin vəhşi əməlləri ilə bağlı xeyli sayda faktlar və videogörüntülər yayımlanır. Son kadrlar da onu göstərir ki, Ermənistanda güc strukturlarının insanlara qarşı bu cür zorakılğı hər zaman olub və yenə də davam edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
