“Ermənistanda siyasi gündəliyi iqtidar müəyyənləşdirir” | Alen Simonyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan müxalifəti birləşməlidir”.
Bunu Ermənistan parlamentində “Siyasi məhbuslar və hüquqların pozulması” haqqında bəyanat layihəsi üzrə dinləmələr zamanı “Daşnaksütyun”u təmsil edən və Ermənistan blokuna daxil olan deputat İşxan Saqatelyan deyib.
Onun fikrincə, birlik müəyyən məsələləri əhatə etməli və bununla bağlı siyasi məsləhətləşmələr aparılmalıdır. İlk növbədə, hökumətlə istənilən əməkdaşlıq dayandırılmalıdır. Saqatelyan bildirib ki, Ermənistan dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb.
“Ermənistanın indiki hakimiyyəti zorakılıq siyasətini reallaşdırmağa davam edəcək”.
Bunu isə “Azadlıq” partiyasından olan deputat Qrant Baqratyan bildirib.
Baqratyan İşxan Saqatelyanın müxalifətin birləşmə təklifini dəstəkləyib. Parlamentin spikeri Alen Simonyan isə bildirib ki, Ermənistanda müxalifət yoxdur. Çünki siyasi gündəliyi iqtidar müəyyənləşdirir: “Onlar, sadəcə, müxalifət rolundadırlar, erməni xalqına deyəcək sözləri yoxdur”.
Alen Simonyan əlavə edib ki, Ermənistanda müxalifətçilər danışdıqları söz yox, etdikləri qanun pozuntularına görə həbs olunurlar.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
