Ermənistanın 4 milyardını mənimsəyən Tonoyan etiraf etdi
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilir.
D.Tonoyan müharibə başlayanda harada olmasına aydınlıq gətirib.
“25 sentyabr 2020-ci ildə Rusiya Federasiyasına hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədilə yenidən işgüzar səfər çərçivəsində Avropa İttifaqı və NATO üzvü olan ölkədə oldum. Ayın 26-da axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Oradan danışıqların iştirakçıları götürülməli, silah və hərbi texnikanın alınması davam etdirilməli, bununla bağlı məsələlər haqqında danışıqlar aparılmalı idi.
Eniş anında, ayın 27-si səhər saatlarında Baş Mühafizə İdarəsinin rəisi tərəfindən telefonları birləşdirmək mümkün olduqda dərhal mənə məlumat verildi. Bundan sonra Ermənistan Baş naziri ilə söhbətim oldu. Koronavirusun pis vəziyyətini nəzərə alaraq, iki-üç saat ərzində güclə təyyarə tapdıq ki, Ermənistana qayıda bilim. Qayıdışım maneələrlə oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də mən İrəvanda idim”, – deyə D.Tonoyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV
- Qazaxıstan Prezidentindən Azərbaycan və Ermənistanla bağlı açıqlama - Baku TV
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV CANLI
- “Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA
- Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI
