Pleyeri seçin:
Ermənistanın Fələstini müstəqil dövlət kimi tanımasının səbəbi | XİN-dən açıqlama
Ermənistan rəsmi şəkildə Fələstin dövlətini tanıyıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, Ermənistan hər zaman müxtəlif beynəlxalq platformalarda Fələstin probleminin sülh yolu ilə, hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləyib.
“Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur. Beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək Ermənistan Respublikası Fələstin dövlətini tanıyır”, – deyə bəyanatda qeyd olunub.
Kopyalandı
#Ermənistan XİN teqi istifadə olunub
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
- Ermənistan XİN rəsmisindən sülhlə bağlı açıqlama
- Cənubi Qafqaz üçün kritik görüş | “3+3” formatında görüşə kim ev sahibliyi edəcək?
- Mirzoyan Ermənistan Konstitusiyasının dəyişdirilməsindən danışdı
- "Tramp marşrutu" üçün ABŞ-nin iştirakı ilə şirkət yaradılacaq | Mirzoyanın müavinindən açıqlama
