Pleyeri seçin:

Ermənistanın Rusiyadan asılı olduğu sahələr

23 noyabr 2023 432 baxış

“Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə bağlıdır və ən azı beş sahədə Rusiya dominant tərəfdaş hesab olunur”.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan Rusiya ilə münasibətlərin kəsilməsinin iqtisadi nəticələrini dəyərləndirərkən deyib.

“Bu gün birbaşa xarici investisiyaların təxminən 70%-i Rusiya kapitalıdır. İki strateji infrastruktur vahidi – qaz və elektrik Rusiya kapitalı sayəsində işləyir. Yəni birbaşa xarici investisiyaların həcminə görə Rusiya birinci yerdədir.

Rusiya həm də xarici ticarət göstəricilərinə görə 1-ci tərəfdaşdır. Eyni şey turizm sektoruna da aiddir: Rusiya vətəndaşları, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistanı kifayət qədər cəlbedici turizm məkanı hesab etməyə başladılar.

Bu vəziyyət Ermənistanda turizm axınına səbəb olub. Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiya olduğu üçün Ermənistanın kənd təsərrüfatı da Rusiya iqtisadiyyatı ilə bağlıdır.

Amma ən əsası Ermənistanın enerji təhlükəsizliyi həm də Rusiya Federasiyasından asılıdır. Atom elektrik stansiyasının istismarı Rusiyanın “RosAtom” şirkəti ilə dövlətlərarası müqavilə əsasında həyata keçirilir. Mən ənənəvi uran tədarükü mənbələrimizi tez bir zamanda əvəz edə biləcəyimizdən əmin deyiləm”, – deyə D.Ananyan qeyd edib.

D.Ananyanın fikrincə, əgər ölkə hakimiyyəti Rusiya ilə bağlı olmayan başqa geosiyasi qütbə keçmək qərarına gəlibsə, o zaman ilkin mərhələdə Rusiya iqtisadiyyatından asılı olan sahələri şaxələndirmək yollarını axtarmalı idi.

Bunun üçün, məsələn, kənd təsərrüfatı məhsullarının Avropa standartlarına uyğunluğunu təmin etmək, istehsal həcmini artırmaq lazım idi ki, əlverişli anda bu məhsulları Avropa bazarlarına yönləndirmək mümkün olsun.

“Bu edilməyib və edilibsə, bu, kifayət qədər deyil və biz hələ ki, nəzərəçarpacaq nəticələri görməmişik”, – deyə o söyləyib.

D.Ananyana görə, bu sahələrin əvvəlcədən şaxələndirilmədən xarici siyasətdə kəskin dönüş və vektorun dəyişdirilməsi real problemlərə və iqtisadiyyat üçün təhlükələrə gətirib çıxaracaq.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 432 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 432 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 432 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 432 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 432 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 432 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 432 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 432 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Seçilmişlər
icon