Ermənistanla razılaşmalar pozulacaq? - Rusiyadan kəskin reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış müqavilələrə yenidən baxılmasını tələb edir".
Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Avropa Birliyi ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı Avropa Parlamentinin qətnaməsini şərh edərkən deyib.
"Bir neçə həftə əvvəl Rusiyanın deimperiya, dekolonizasiya və refederalizasiyası, yəni Rusiyanın bir dövlət kimi dağılması üçün Ukraynanın qələbəsinə çağırış edən AP deputatları Ermənistana dəvət göndərir və yaxud onu buna cəlb edirlər. Aydındır ki, onlar Rusiyaya düşmən kimi baxırlar. Ermənistana dəvət İrəvanın AB üçün dəyərli olduğuna görə deyil, Ermənistanın Rusiyadan Qərbə yönləndirilməsini möhkəmləndirmək üçün vəziyyətdən və Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyidir. Paşinyan hökuməti bu yolla gedir və bu, Avropa Parlamentinin oyunudur", – o bildirib.
Zatulin əlavə edib ki, bu vəziyyətdə AB Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir:
"Bu yaxınlarda Ermənistanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Avropa istəklərindən danışdı. Bu halda söhbət Ermənistanın və Avropa Parlamentinin oyunundan gedir. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin ilk növbədə Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Rusofobiya zəminində güclənən bu aktlar indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa hesablanıb".
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
