Əsgərlər faciəvi şəkildə öldü | Bu ölkə məşqləri dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa Müdafiə Nazirliyi Tatra dağlarında dağ təlimi zamanı xüsusi təyinatlı əsgərin həlak olması ilə əlaqədar ölkədə partlayıcı maddələr və hərbi texnikadan istifadə edilən bütün hərbi təlimlərin dayandırılması barədə əmr verib.
Bu barədə Polşa Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlik artıq araşdırmalara başlayıb. Tatra dağlarında baş verən insident martda keçirilən hərbi təlimlər zamanı ardıcıl beşinci ölümdür. Martın 5-də zirehli qüvvələrin təlim mərkəzinin poliqonunda döyüş maşınının vurulması nəticəsində iki əsgər həlak olub. Martın 25-də isə poliqonda trotilin partlaması nəticəsində iki istehkamçı həlak olub.
Polşa Müdafiə Nazirliyi aydınlaşdırıb ki, təlimlərin dayandırılması barədə sərəncam xarici missiya və əməliyyatlarda iştirak etməyə hazırlaşan strukturların həyata keçirdiyi fəaliyyətlərə, eləcə də Ukrayna əsgərlərinin təliminə təsir etməyəcək.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
