Etiraz aksiyasında nələr baş verdi? | Gürcüstan DİN-dən təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan polisi Tbilisidə parlament önündə keçirilən etiraz aksiyası zamanı 107 nəfəri saxlayıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, toqquşmalar nəticəsində 10 asayiş keşikçisi yaralanıb.
“Bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə tibb müəssisəsində hələ də bir polis qalıb. Qanunverici orqanın yaxınlığında ayrı-ayrı şəxslər infrastruktura, parlamentin təhlükəsizlik barrikadasına ziyan vurub, müxtəlif obyektləri yandırıb, parlamentin giriş qapılarına və müşahidə kameralarına ziyan vurub.
Asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edilib... 107 nəfər saxlanılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Nazirlikdən verilən məlumata görə, həbslər xuliqanlıq və ya polisin tələblərinə tabe olmama maddələri ilə həyata keçirilib.
Qeyd edək ki, noyabrın 29-da saat 19:00 radələrində Tbilisidə etiraz aksiyası yenidən başlayıb. Müxalifət, onların fəalları və sadə vətəndaşlar Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
