Etirazçılar Parisə gedən yolları bağladı | Fransada etirazlar genişlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın paytaxtı Parisdə fermerlərin etiraz aksiyasına taksi sürücüləri də qoşulublar.
Yerli medianın yaydığı məlumata görə, onlar avtomobillərlə şəhərə gedən yolu bağlayıblar. Hökumətin siyasətindən narazı olan fermerlər artıq paytaxtın mühasirəsinə başlayıblar.
Məlumat üçün bildirək ki, Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyası və “Jeunes Agriculteurs” Həmkarlar İttifaqı şəhərə gedən 7 magistral yolu bağlamağı planlaşdırıb.
Qeyd edək ki, sözügedən ittifaqlar paytaxta hər hansı mal tədarükünün qarşısını almaq üçün şəhərin tam blokadasını həyata keçirmək niyyətindədir. Aksiyalar azı 5 gün daha davam edəcək.
Bundan əlavə, bu iki həmkarlar ittifaqı Parisin iki əsas hava limanını – Şarl de Qoll və Orlini blokadaya almağı planlaşdırır.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
