Fantastika reallığa çevrilir | Çindən aviasiyada inqilabi ixtira
Yeniliklərdən dərhal xəbərdar olun
Çin inqilabi hipersəs mühərriki təqdim edib. O, təyyarələrin saatda təqribən 20 min kilometr sürətə çatmasına imkan verəcək.
Yeni mühərrikin əsas sirri onun iki müxtəlif rejimdə işləyə bilməsidir. Saatda 8575 km-ə qədər mühərrik fırlanmalı detonasiya üsulu ilə fəaliyyət göstərir.
Bu proses enerjidən maksimum dərəcədə səmərəli istifadəni təmin edir. Bu sürətdən sonra mühərrik maili detonasiya rejiminə keçir – bu isə daha yüksək sabitlik və səmərəlilik verir.
Məlumata görə, bu texnologiya sayəsində təyyarə Parisdən Nyu-Yorka cəmi iki saata uça bilər. Üstəlik, bu mühərrik həm mülki aviasiyada, həm də hərbi təyyarələrdə tətbiq oluna bilər.
Ekspertlər sözügedən mühərriki texnoloji baxımdan ciddi bir sıçrayış hesab edirlər. Onların fikrincə, bu tip inkişaflar yaxın illərdə aviasiyanın yeni mərhələyə keçidini təmin edə bilər.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
