Fermerlərin dərdinə necə əlac tapıldı? - Keniyalı qadın elə bir şey hazırladı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ketrin Vanjalanın Keniyanın qərbindəki kiçik qarğıdalı ferması kifayət qədər məhsul vermirdi.
Ziyanverici bitkilər qarğıdalıya kökündən hücum çəkməklə suyu və qida maddələrini sovuraraq onlara ziyan verirdi.
Problemdən qurtulmaq üçün K.Vanjala qarğıdalı toxumlarını göbələk bioherbisidi ilə qarışdırıb. Ənənəvi herbisidlərdən fərqli olaraq, bu maddə xüsusi alaq otlarını hədəfə alıb. Maddə digər bitkilərə ziyan vurmur. Ənənəvi herbisidlər isə bitkilərin intensiv böyüməsinə kömək etsə də, kimyəvi olduğundan torpaqlarda və su yollarındakı bitkiləri, həşəratları və canlıları öldürə, qida zəncirini poza və biomüxtəlifliyə mənfi təsir göstərir.
Qeyd edək ki, “Toothpick” sosial layihəsi əsasında hazırlanmış bioherbisid Kiçavi Kill yerli ekosistemə heç bir ziyan vurmayan maddədir. Araşdırmalar göstərir ki, təqribən 4000 kvadratmetr əkin sahəsini zərərli bitkilərdən qorumaq üçün bu maddəyə 15 dollar ödənilir. Əvəzində 5-10 qat gəlir götürülür. İndiyədək ümumilikdə layihədən 1 milyon dollardan yuxarı məbləğdə məhsul əldə edilib. Layihə Uqanda, Nigeriya, Efiopiya, Kamerun və Qanada da sınaqdan keçirilir.
#Keniya teqi istifadə olunub
- Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib
- Keniyada ilk Ebola yoluxması halının təsdiqləndiyi bildirilib
- Səyyar klinikanın imkanları yoxlanılıb | Sınaq marşrutu 800 kilometri keçib
- ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb
- SOCAR-ın strateji hədəfləri və enerji layihələri | Mühüm görüşlə bağlı detallar - Baku TV
