Pleyeri seçin:

Fətullah Gülənin səhhətindəki problemlər nələrə səbəb oldu? | Türkiyədə sizi sevənlər həbsdədir…

06 sentyabr 2024 692 baxış

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, FETÖ-nün rəhbəri Fətullah Gülənin səhhətindəki problemlərlə əlaqədar təşkilatı idarə edə bilməməsi səbəbindən hakimiyyət çəkişmələri yaşanır.

F.Gülənin qardaşı oğlu Ebuseleme Gülənin paylaşdığı videopaylaşımlardakı etiraflar təşkilatın əsl niyyətlərini və daxildəki hakimiyyət mübarizələrini sübut edir.

E.Gülənin “Delice Muhabbet” adlı “YouTube” kanalında yayımladığı son video Fətullah Gülənin və onun köməkçilərinin insanların dini hisslərindən pul üçün istifadə etdiyini, təşkilata üzv olan izləyicilərin gələcəyinin nəzərə alınmadığını bir daha üzə çıxarıb.

Təşkilatı həyəcanlandıran bu video ilə Ebuseleme Gülən ona ən yaxın olanları tənqid etməyə davam edir. O, son videosunda əmisi Fətullah Gülənin 15 iyul uğursuz çevriliş cəhdindən sonra həbs olunanlarla bağlı dediyi “şokedici” sözləri də paylaşıb.

E.Gülən videosunda bildirir ki, çevriliş cəhdindən 2 il sonra təşkilatın lideri F.Güləni ziyarət edərkən “Əfəndim, Türkiyədə sizi sevənlər həbsdədir” deməsi əmisinin qəzəblənməsinə səbəb olub. O, belə reaksiya verib: “Mən həbsdə çox yatdım, bir az da onlar yatsınlar”.

Ebuseleme Gülənin bu paylaşımı ilə Fətullah Gülənin təşkilata qoşulanların hisslərindən öz maraqları üçün istifadə etdiyi bir daha vurğulanır.

O, videosunda “Hocaəfəndi” adlandırdıqları, uğruna iş və ailə həyatını riskə atdıqları, sözlərinə sona qədər inandıqları, uğrunda həbsxanada vaxt keçirdikləri şəxsin qəddarlığını ortaya qoyur.

Məlumata əsasən, digər tərəfdən FETÖ-nün Almaniyada fəaliyyət göstərən “Time to Help” adlı xeyriyyə təşkilatının vəsaitlərinin dondurulması qərarı üzvlərdən gizli saxlanılır. Təşkilatın maliyyə imkanlarının zəifləməsi səbəbindən böyük dalana dirəndiyi müşahidə edilir.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 692 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 692 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 692 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 692 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 692 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 692 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 692 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 692 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 692 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 692 baxış
Seçilmişlər
icon