Pleyeri seçin:

Nataliya Əliyeva kimdir və nələri bilir? | Qəzetdən sensasiyalı yazı

28 fevral 2025 561 baxış

Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti, məşhur iş adamı Mübariz Mənsimovla keçmiş katibəsi, Rusiya vətəndaşı Nataliya Əliyeva arasında qalmaqal yaranıb.

Bunu Türkiyənin “Cumhuriyet” qəzeti yazıb. Məqalədə biznesmenlə adıçəkilən xanımın əlaqələrindən bəhs olunur.

Qeyd edilib ki, Nataliya 20 il “Palmali” prezidentinin katibəsi işləyib. 1968-ci il təvəllüdlü M.Mənsimov Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs edildikdə N.Əliyeva istintaqla əməkdaşlığa gedərək bir çox faktları müstəntiqlərə danışıb. İş adamı məhz katibəsinin ifadəsi əsasında həbs olunub.

Qadın daha sonra vətəndaşı olduğu ölkəyə − Rusiyaya gedib. Lakin məqalədən bunun nə zaman baş verdiyi aydınlaşmır.

Bu ilin fevral ayının əvvəlində Nataliya Əliyeva Rusiyadan Türkiyəyə gəlib və problemlə üzləşib. Onun Türkiyədən deportasiya edilməsi barədə qərar çıxarılıb. Ancaq Mübariz Mənsimovun keçmiş katibəsinin FETÖ ilə bağlı cinayət işləri üzrə əhəmiyyətli şahid olduğunu nəzərə alan məhkəmə deportasiya qərarını ləğv edib.

Yazıda bildirilib ki, qadının Türkiyədən deportasiya qərarının arxasında “Palmali” Şirkətlər Qrupunun prezidentinin çirkli əlaqələri dayanıb.

Qeyd olunub ki, məhkəmənin deportasiya qərarının ləğvi də bununla bağlıdır:

“Nataliya Əliyeva deportasiya olunsa, Mübariz Mənsimov barədə cinayət işi də daxil olmaqla bir çox cinayət işində əhəmiyyətli sübutlar əldən çıxacaqdı. Bundan sonra isə heç bir şahid FETÖ işi ilə bağlı ifadə verməyəcək”.

Qeyd edək ki, M.Mənsimov 2020-ci il mart ayının 15-də Türkiyədə həbs olunub. O, FETÖ ilə əməkdaşlıqda günahlandırılıb. İstanbul Məhkəməsi 2021-ci il martın 5-də onunla bağlı hökm çıxarıb.

Qərara əsasən, “Palmali” Şirkətlər Qrupunun prezidenti barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Məhkəmə hökmünə əsasən, ötən ilin mart ayında FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova 5 il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 561 baxış
Seçilmişlər
icon