SOCAR "Palmali"nin qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlində "Palmali" tərəfindən SOCAR-a satılmış on gəmi ilə bağlı "Palmali" Qrupuna daxil olan şirkətlərin qaldırdığı arbitraj iddiaları üzrə qalib gəlib.
Azərbaycan və Türkiyə vətəndaşı olan Mübariz Mənsimov tərəfindən idarə olunan "Palmali" Qrupu 2023-cü ilin iyun ayında iddialar irəli sürərək arbitraj prosesinə başlayıb. Proses 2025-ci ilin noyabr ayında Böyük Britaniyanın London şəhərində keçirilən üçhəftəlik dinləmə ilə yekunlaşıb.
Dinləmələr zamanı Mübariz Mənsimov və "Palmali" tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. "Palmali" tərəfi bir neçə İngiltərə və ABŞ hüquq firması, eləcə də ingilis vəkillər komandası tərəfindən təmsil olunub.
2026-cı ilin fevral ayında üç üzvdən ibarət arbitr tribunalı tərəfindən çıxarılan qərarda arbitraj tribunalı "Palmali"nin iddialarının hüquqi və faktiki əsasının olmadığını müəyyənləşdirib və iddiaları bir neçə əsas üzrə tam şəkildə rədd edib.
London Dəniz Arbitrləri Assosiasiyasının arbitraj qaydalarına və tərəflərin mübahisəyə tətbiq olunmasını razılaşdırdıqları İngiltərə hüququna uyğun olaraq, qərar yekun və məcburidir, ondan apelyasiya şikayəti verilə bilməz.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
