“Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda “Türkmənqaz” və “Türkmənnebit” dövlət konsernlərinin müvafiq institutları ilə elmi-tədqiqat əlaqələrinin qurulmasında və genişləndirilməsində maraqlıdır.
Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidentinin müavini Nüsrət Əliyev bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Türkmənistanla əməkdaşlığı 2020-ci ildən etibarən fəal şəkildə inkişaf edir. Şirkət 2023-cü ildə Türkmənistanda nümayəndəliyini açıb.
Nüsrət Əliyev həmçinin ikitərəfli münasibətlərin, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin şirkətin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qaldığını vurğulayıb. O, SOCAR-ın beynəlxalq fəaliyyətini genişləndirdiyini və müxtəlif ölkələrdə layihələrdə fəal iştirak etdiyini qeyd edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
