"Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR və onun törəmə müəssisələri "Qərbi Abşeron" yatağında metan emissiyalarının azaldılması üçün investisiyaların müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində iş aparır.
Bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
Onun sözlərinə görə, metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə investisiyaların düzgün müəyyənləşdirilməsi və ən səmərəli tədbirlərin prioritetləşdirilməsi vacibdir.
Nümayəndəliyin rəhbəri vurğulayıb ki, 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılması hədəfinə nail olmaq üçün artıq çox vaxt qalmayıb. Buna görə də səylər ikiqat artırılmalıdır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
