Fransa küçələrində soyunmağa icazə verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa solçuları Prezident Emmanuel Makronu immiqrasiya haqqında mübahisəli qanunun parlamentdə səsə qoyulması üçün respublika dəyərlərini qurban verməkdə ittiham ediblər.
E.Makron isə yerli telekanallardan birinə müsahibə verərək ona qarşı irəli sürülən ittihamları cavablandırıb. O, çıxışı zamanı yumruğunu masaya çırparaq “cəsarətli” adlandırdığı qanun layihəsinə mütləq əməl ediləcəyini vurğulayıb.
Qeyd edək ki, solçu parlament qrupu immiqrasiya haqqında qanunda yer alan bir çox məhdudiyyətlərin tətbiqindən narazıdır. Söhbət Fransada doğulan əcnəbilərin vətəndaşlıq almaq hüququndan, ailə müavinətlərinin ödənilməsində milli mənsubiyyətə görə seçim edilməsindən, həmçinin soyunmaq azadlığının müddətinin uzadılmasından gedir.
Solçuların fikrincə, bu qanunun qüvvəyə minməsi ilə ölkədə xaos baş qaldıracaq.
Emmanuel Makron isə fərqli düşüncədədir. O, Fransanın Afrika ölkələrində sarsılan nüfuzunu immiqrantlara dəstək verəcək qanun layihəsinin qüvvəyə minməsi ilə ört-basdır etmək istəyir. E.Makron təkidlə bildirib ki, bu qanun həm "qanunsuz immiqrasiya ilə mübarizə", həm də "işçiləri daha yaxşı inteqrasiya etmək" üçün nəzərdə tutulub.
Tənqidçilərin fikrincə, bu təzadlı qanun layihəsi Paris küçələrində etirazları qaçılmaz edir.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
