Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın pərdə arxası
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransa erməni həmkarlarının ehtiyaclarını dinləyir. İrəvan və Paris əməkdaşlığına gəlincə isə bu, yalnız müdafiə sahəsində əməkdaşlıq deyil”.
Bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini deyib.
“Son 2-3 həftə ərzində Münxendə iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirmişik, Baş nazir Nikol Paşinyan Parisdə olub və Misak Manuşyanın Milli Panteonda yenidən dəfn mərasimində iştirak edib.
Prezidentlə Baş nazir arasında da görüş baş tutub. Təbii ki, Sebastyan Lekornunun Ermənistana səfəri də əlamətdar olub. Bu, Fransa müdafiə nazirinin, eləcə də NATO üzvü olan ölkənin müdafiə rəhbərinin ilk səfəri idi, bu, çox əlamətdardır.
İrəvanla diplomatik əlaqələrimizin artıq 32 yaşı var. Müstəqil Ermənistanla diplomatik əlaqələr 1992-ci il fevralın 24-də bağlansa da, heç vaxt bu qədər tam və etibarlı olmamışdı. Bəli, biz uzunmüddətli əməkdaşlıq qururuq, o cümlədən müdafiə sahəsində.
Söhbət təkcə hərbi təchizatdan getmir, əlbəttə ki, bu da vacibdir. Burada söhbət həm təlim, həm də yüksəkrütbəli erməni zabitlərin hazırlanması, eləcə də məsləhətləşmədən gedir. Ölkələrin hərbi akademiyası arasında, məsələn, Fransanın müdafiə nazirinin səfəri zamanı imzalanan sənədlər kimi – imzalanmış razılaşma olanda, əlbəttə ki, siz uzunmüddətli əməkdaşlıq qurursunuz”, – o bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
