Fransa və Rusiya arasında gərginlik | Zaxarova onları niyə təhdid etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa media ilə bağlı vəziyyəti gərginləşdirməkdə davam edərsə, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa XİN-in rusiyalı jurnalistlərin akkreditasiya proseduruna yenidən baxılması planları haqda danışarkən deyib.
Zaxarova Rusiyadakı fransız jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq edilmədiyini də vurğulayıb:
“Bütün bunlar növbəti açıq yalandır. Rusiyada daimi işləyən Fransanın 9 media orqanının 33 əməkdaşı Moskvada özlərini əla hiss edir. “Azadlıq, bərabərlik və qardaşlıq” respublikasının hakimiyyət orqanlarından fərqli olaraq, burada heç kim onların böyük mətbuat tədbirlərində iştirakını məhdudlaşdırmır, onları artıq verilmiş akkreditasiyadan məhrum etmir, bank hesablarını dondurmur. Fransa hakimiyyəti daha da eskalasiyaya getsə, biz cavab verməyə məcbur olacağıq”.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
