Fransada dezinformasiyaya qarşı mübarizə gücləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa hökuməti seçkilərin xarici müdaxilədən qorunması haqqında qanun layihəsini təqdim edib.
Sənəd xarici təşkilatın maraqları naminə yalan məlumatların yayılmasına görə altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Senat sənədə oktyabrın 20-də baxmağa başlayacaq. Seçki kontekstində feyk məlumatlara görə baza cəzası üç il azadlıqdan məhrumetmə və 45 min avro məbləğində cərimə təşkil edəcək. Belə əməllər xarici qurumun maraqları naminə törədildiyi halda, cəza müddəti altı ilədək artacaq.
Hüquqi tədbirlərlə yanaşı, hökumət orqanları Dövlət Şurası, Hesablama Palatası və Kassasiya Məhkəməsinin nümayəndələrinin daxil olacağı cəmiyyətin məlumatlandırılması üzrə müstəqil komissiya yaradacaq. O, seçiciləri və namizədləri xarici müdaxilə halları barədə xəbərdar etməli olacaq.
#Dezinformasiya teqi istifadə olunub
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- MEDİA-dan əsassız iddialarla bağlı bəyanat - Baku TV
- Türkiyə Prezidenti: "Dezinformasiya ilə mübarizə milli təhlükəsizlik məsələsidir" - Baku TV
