Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada oktyabrın 17-də və 24-də keçirilən kütləvi etiraz aksiyaları zamanı 2488 kommersiya obyektinə ziyan dəyib.
Bu barədə ölkənin Ticarət-Sənaye Palatası məlumat yayıb.
Bildirilib ki, zərər çəkən obyektlərdən 1100-ü ciddi dağıntılara məruz qalıb, 650 mağaza isə hələ də fəaliyyətini bərpa edə bilməyib. Etirazların keçirildiyi günlərdə şəhər mərkəzlərində yerləşən mağazaların ticarət dövriyyəsi 80% azalıb.
Ticarət-Sənaye Palatasının prezidenti Alen Di Kresensio etirazlar səbəbindən ticarət sektoruna dəyən ümumi zərəri 1,5 milyard avro qiymətləndirib.
Fransanın məşhur "Carrefour" supermarketlər şəbəkəsi 50-yə yaxın mağazasının qarət edildiyini bildirib. Şirkət bu səbəbdən ilin yekunlarına görə əməliyyat mənfəətinin 80-200 milyon avro azalacağını proqnozlaşdırır.
Fransanın keçmiş iqtisadiyyat naziri Tyerri Breton isə ölkəyə dəyən ümumi zərəri 2-3 milyard avro həcmində qiymətləndirib. Bu məbləğə ictimai binaların bərpası xərcləri ilə yanaşı, siyasi qeyri-sabitlik fonunda dövlət borcuna xidmət xərclərinin artması da daxildir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
