Fransada fermerlərin etirazı genişləndi: 100-dən çox magistral yol bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Fermerlər İttifaqı paytaxta mal tədarükünün qarşısını almaq üçün etiraz aksiyalarına davam edir.
Təxminən 700 fermer Fransanın bəzi magistral yollarını bağlamağa davam edir və bununla da hökumətdən dəstək tədbirlərinin artırılmasını tələb edirlər.
Bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, ölkənin yolları 38 yerdə bağlanıb.
Telekanalın qeyd etdiyi kimi, cümə günü 113 nöqtədə magistral yollar bağlanıb, aksiyalarda 17,5 minə yaxın fermer iştirak edib.
Xatırladaq ki, Fransada sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqları fonunda kütləvi fermer nümayişləri keçirilir.
Fermerlər həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər. Etiraz əlaməti olaraq fermerlər traktorlarla yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
