Pleyeri seçin:

Fransadan bunu tələb etdik, amma...| ”Telegram” rəhbərinin həbsi ilə bağlı bəyanat yaydı

26 avqust 2024 734 baxış

“Telegram” sosial şəbəkə platformasının təsisçisi Pavel Durovun Parisdə saxlanılması dünyada müxtəlif reaksiyalara səbəb olub.

Hətta “Tesla” şirkətinin qurucusu İlon Mask və tanınmış amerikalı jurnalist Taker Karlson belə sözügedən hadisəyə münasibət bildiriblər.

T.Karlson P.Durovun hökumətlərin göstərişi ilə olan həbsinin reallığı ört-basdır etməyən platforma sahibi üçün xəbərdarlıq olduğunu deyib. O, adıçəkilən sosial şəbəkənin neytral platforma olaraq qalmalı olduğunu bildirib.

İlon Mask isə “FreePavel”, yəni "Pavelə azadlıq" başlığı ilə “X” sosial şəbəkəsində video paylaşıb. Daha sonra o, şəxsi hesabında fransız dilində azadlıq sözlərini yazıb.

Növbəti dəstək Qazaxıstanın Jurnalistlər Birliyindən gəlib. Qurum Fransanı P.Durovun hüquqlarını təmin etməyə çağırıb. Rusiyanın Parisdəki səfirliyi isə Fransa hakimiyyətini əməkdaşlıqdan imtina etməkdə günahlandırıb.

“Biz dərhal Fransa hakimiyyət orqanlarından bu həbsin səbəblərini izah etməyi xahiş etdik və onun hüquqlarının qorunmasını tələb etdik. İndiyədək Fransa tərəfi bu məsələdə əməkdaşlıqdan imtina edir”, – deyə səfirliyin məlumatında bildirilib.

Bütün bunların fonunda “Telegram” komandası da P.Durovun həbsinə dair bəyanat yayımlayıb. Sənəddə qeyd olunub ki, adıçəkilən sosial şəbəkə Aİ-nin bütün qanunlarına, o cümlədən də Rəqəmsal Xidmətlərə dair qanunun tələblərinə uyğundur:

“Baş direktor Pavel Durovun gizlədəcəyi heç nə yoxdur və o, tez-tez Avropa ölkələrinə səyahət edir. Platformadan sui-istifadəyə görə onun təsisçisinin məsuliyyət daşıdığını iddia etmək isə tamamilə absurddur”.

Xatırladaq ki, Fransa vətəndaşlığına malik olan Pavel Durov avqustun 24-də Paris Hava Limanında saxlanılıb, daha sonra isə həbs edilib. O, terrorizm, fırıldaqçılıq və narkotik maddə ticarəti ilə bağlı cinayətlərdə iştirakda ittiham olunur. Fransa məhkəməsi onun həbs müddətini bir qədər də uzadıb. 

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 734 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 734 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 734 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 734 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 734 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 734 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 734 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 734 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 734 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 734 baxış
Seçilmişlər
icon