G7 ölkələrinin XİN rəhbərləri İtaliyada görüşdü | Ukraynadakı müharibə ilə bağlı yenilik olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsi İtaliyanın müddətli prezidentinin ev sahibliyi ilə beynəlxalq məsələlərlə bağlı müzakirələr aparıblar.
İtaliya Xarici İşlər Nazirliyinin açıqladığı proqrama əsasən, nazirlər ilk gün iclasında Yaxın Şərqdəki böhranı müzakirə ediblər.
G7 xarici işlər nazirləri xüsusi sessiyada ərəb ölkələrinin nazirləri ilə də görüşüb. Sonuncu görüş günündə Rusiya-Ukrayna böhranı, Hind-Sakit okean regionunda vəziyyət və digər məsələlər müzakirə edilib. Ukraynaya dəstəyin qiymətləndirildiyi sessiyada ölkənin xarici işlər naziri Andriy Sibiqa da iştirak edib.
Qeyd edək ki, G7 toplantısı üçün geniş təhlükəsizlik tədbirləri görülüb. Fiuggi və Anagni qəsəbələrinə 1500 nəfərlik təhlükəsizlik qüvvələri cəlb edilib.
#G7 ölkələri teqi istifadə olunub
- G7 ölkələrinin bu addımı dizel qiymətlərini endirəcək? - Baku TV
- 100 milyon barel neft və dizel ehtiyatından istifadə ediləcək
- ABŞ və İran arasında əldə olunan razılaşma region üçün strateji addım kimi qiymətləndirildi
- G7 liderlərindən Trampa təcili çağırış: İran müharibəsi dayandırılsın - AKTUAL GÜNDƏM
- "Böyük yeddiliy"ə Rusiya ilə Ukrayna da qatılacaq?
