Gənclər artıq buna görə internetdən qaçır | Heyrətləndirən hadisənin pərdəarxası
Yeniliklərdən dərhal xəbərdar olun
16-21 yaşlı britaniyalıların 46 faizi gəncliyini internetsiz keçirməyə üstünlük verir.
Bu barədə “The Guardian” nəşri sosioloji araşdırmanın məlumatlarına istinadən yazıb.
Sosioloqlar müəyyən ediblər ki, 16-21 yaşlı gənclərin demək olar ki, 70 faizi sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özlərini pis hiss edir. Onların 50 faizi axşam saat 22:00-dan sonra müəyyən proqram və veb-saytlara girişlərini məhdudlaşdıran “rəqəmsal komendant saatı”nı dəstəkləyir.
Tədqiqat iştirakçılarının 25 faizi sosial şəbəkələrdə gündə dörd saatdan çox vaxt keçirdiklərini etiraf edib. 42 faiz valideynlərə və qəyyumlara onlayn etdikləri barədə yalan danışdıqlarını söyləyib. Respondentlərin 27 faizi internetdə özlərini tamamilə fərqli insanlar kimi göstərdiklərini bildirib.
Araşdıma zamanı respondentlərin 40 faizinin diqqətdən yayınmaq üçün anonim adlardan istifadə etdiyi hesabının olduğu bəlli olub.
Araşdırma Böyük Britaniya hökumətinin bəzi sosial media platformalarının müəyyən vaxtlarda bağlanmasını məcburi etmək planlarını açıqladığı vaxta təsadüf edir.
#Sosial şəbəkələr teqi istifadə olunub
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
- Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər
- "Silə bilmirlər, indi də..." | Kreditdən qurtulmaq istəyənlərin başına necə oyun açırlar? - Baku TV
- 129 min izləyicisi olan səhifə müştərilərinin başına oyun açdı? - Baku TV
