Gizli "nüvə şəhəri" necə aşkarlandı? - NASA-dan qorxunc faktlar
NASA tərəfindən aparılan araşdırmalar zamanı Qrenlandiyanın buz təbəqəsi altında soyuq müharibə dövründən qalma gizli nüvə bazası aşkar edilib.
Pilotsuz uçuş aparatının radar məlumatlarından və 3D modelləşdirmədən istifadə edilən araşdırmalar nəticəsində bunun “Camp Century” olduğu anlaşılıb.
“Camp Century” 21 tuneldən ibarət 9800 fut uzunluğunda nəhəng yeraltı quruluşa malikdir və işlədiyi vaxt nüvə reaktoru ilə təchiz edilib.
Bazanın tikintisi zamanı rast gəlinən gözlənilməz problemlər layihənin iflasa uğramasına səbəb olub. Bu problemlər arasında insan tərəfindən istehsal olunan tullantıların buz təbəqəsinin altında yayılması və nüvə raketlərinin təhlükəsiz saxlanmasını və buraxılmasını qeyri-mümkün edən buz təbəqəsindəki hərəkətlər daxildir.
Baza tərk edildikdən sonra onun çox hissəsi buzlağın ağırlığına tab gətirməyib. Nüvə reaktoru çıxarılsa da, ekoloqlar bazada saxlanıla biləcək təhlükəli tullantılardan narahatdırlar.