Görünməmiş zərbələr endirildi | Rusiya və Ukrayna ordusu ağır itki verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya silahlı qüvvələri Ukraynaya dron, qanadlı və ballistik raketlərlə hücum edib.
Kiyevin 4 rayonunda yanğınlar qeydə alınıb. İlkin məlumata görə, yaralananlar var.
“Müharibə başlayandan bəri İvano-Frankovsk iyulun 21-də ən böyük hücuma məruz qalıb”. Bunu şəhərin meri Ruslan Martsinkiv deyib.
Onun sözlərinə görə, “Şahed” dronları ilə hücum nəticəsində xəsarət alanlar var.
“Ukrainskaya pravda”da yayılan məlumata görə, son sutkalarda Rusiya ordusunun 1170 hərbçisi öldürülüb, 400 texnikası məhv edilib.
Ukrayna ordusu isə pilotsuz uçuş aparatları ilə Rostov vilayətinə hücum edib. Dəmiryol stansiyasında yanğın qeydə alınıb.
Bu hücum barədə TASS da məlumat yayıb. Bildirilib ki, dron qalıqlarının dəmiryol stransiyasına düşməsi nəticəsində 26 sərnişin qatarının hərəkətində gecikmə yaranıb.
Bundan başqa, Belqorodun Şetinovka və Toqobievka kəndləri atəşə tutulub. İki nəfər yaralanıb.
Rusiya mediasının yaydığı məlumata görə, son həftə ərzində Luqanskda gedən döyüşlərdə 3700 ukraynalı hərbçi öldürülüb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
