Göy cisminin kimyəvi tərkibi araşdırılıb
Günəşdə gümüş elementinin əvvəlki təxminlərlə müqayisədə 55% daha çox olduğu müəyyən edilib.
İsveçin Uppsala Universitetinin yaydığı açıqlamaya əsasən, tədqiqatçılar Günəşin kimyəvi tərkibini araşdırıblar.
Alimlər Günəşdəki gümüşün miqdarını müəyyən etmək üçün onun şüalarında həmin elementin buraxdığı xüsusi spektral izləri təhlil ediblər.
Keçmiş tədqiqatlardan daha çox amili nəzərə alan və Günəşin atmosferini daha real şəkildə modelləşdirən yeni metod hazırlayan tədqiqatçılar müəyyənləşdiriblər ki, Günəşdəki gümüşün miqdarı əvvəlki hesablamalarla müqayisədə 55 faiz daha çoxdur.
Bildirilib ki, həmin nəticə 4,6 milyard il əvvəl Günəşlə eyni qaz və toz buludundan yaranmış meteoritlərdə müşahidə olunan və indiyədək izah edilə bilməyən yüksək gümüş miqdarı ilə daha yaxşı uyğunluq təşkil edir.
#Göy cisimləri teqi istifadə olunub
- Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır
- Dünyadan 23 dəfə ağır planet kəşf edildi
- Görənlər gözlərinə inana bilmir | Səmada qeyri-adi cisim
- Bu qeyri-adi cisim necə yarandı? | Kosmosla bağlı nəzəriyyəni alt-üst edən kəşf
- Yerdən 6 dəfə böyükdür | Alimlərin kəşf etdiyi superplanet barədə məlumatlar
