Günahsız yerə həbs olunan şəxs Yaponiya hökumətindən milyonlar tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Başqasının cinayətinə görə 56 il edamını gözləyən 88 yaşlı yapon vətəndaş hökumətdən 217 milyon yen, başqa sözlə desək, 2 milyon 390 min manat məbləğində kompensasiya tələb edib.
Keçmiş peşəkar boksçu İvao Hakamata 1966-cı ildə rəisinin, onun həyat yoldaşının və iki uşağının ölümündə təqsirli bilinib. Sonradan İ.Hakamata günahını etiraf edib və 46 il ölüm kamerasında qalıb.
2014-cü ildə DNT analizi onun günahsız olduğunu və cinayətin başqa şəxs tərəfindən törədildiyini göstərib və o, azadlığa buraxılıb. Lakin bir müddət sonra məhkəmə bu qərarı ləğv edib.
Ardınca İ.Hakamata 10 il ərzində tam bəraət üçün mübarizə aparan bacısının himayəsində yaşayıb.
2024-cü ildə məlum olub ki, ona qarşı ittiham müstəntiqlər tərəfindən saxta şəkildə hazırlanıb və o, təzyiq altında etiraf edib. Lakin kişi bununla barışmaq istəmir. Çünki o, həbsdə olduğu illər ərzində inkişaf edən ağır psixi pozuntudan da əziyyət çəkir. Bu səbəbdən onun vəkili milyonlarla kompensasiya üçün iddia qaldırıb.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
