Gürcülər Saakaşviliyə görə ayağa qalxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə Norveçin Mühafizəkarlar Partiyasının Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini demokratiya və insan haqları uğrunda mübarizəyə görə təltif etməsinə etiraz olaraq aksiya keçirilib.
Norveçin Tbilisidəki səfirliyinin önünə toplaşanlar bu ölkənin Gürcüstandakı səfiri ilə görüş və ondan məsələyə münasibət bildirməsini tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, M.Saakaşvilinin prezidentliyi dövründə ölkədə insan hüquqlarının pozulması halları baş verdiyindən onu “demokratiyanın çırağı” adlandırmaq yolverilməzdir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezidentin mükafatlandırılmasını gürcü xalqına qarşı təhqir adlandırıb.
Qeyd edək ki, məsələ ilə bağlı Norveçin Gürcüstandakı səfiri Helen Sand Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, diplomat jurnalistlərə açıqlama verməkdən imtina edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
