Pleyeri seçin:
Gürcülərə dəfələrlə kömək etmişik | Dmitri Medvedev
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun sözlərinə görə, Rusiya və Gürcüstanın inancı və tarixi birdir.
“Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz keçmiş prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ. Rusiya isə yaxındır”, – deyə D.Medvedev bildirib.
Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident Dmitri Medvedev, Gürcüstanda isə Mixeil Saakaşvili idi.
Kopyalandı
#Mixeil Saakaşvili teqi istifadə olunub
- Gürcüstana müharibə xəbərdarlığı edildi? | “Ölkəni böyük sınaq gözləyir”
- “İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili
- Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?
- Saakaşvilinin partiyası ləğv olunacaq?
- Gürcüstanda ciddi müzakirələr | Yeni siyasi kurs formalaşır
