Gürcüstan bütün maneələri dəf edəcək | İvanişvilidən iddialı çıxış
Yeniliklərdən dərhal xəbərdar olun
Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq.
Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan gürcü arzusudur və bu, mütləq gerçəkləşəcək.
Siyasətçi vəd edib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.
İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini xüsusi qeyd edib və vurğulayıb ki, yalnız bu unikal milli ənənələrlə Gürcüstanın Avropa İttifaqına daxil olması məntiqlidir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
