Pleyeri seçin:

Gürcüstan parlamenti qalmaqallı qanuna qoyulan vetonu ləğv etdi

28 may 2024 316 baxış

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "Xarici təsir haqqında” qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

Bu barədə Gürcüstanın yerli mediası məlumat yayıb.

Parlament Prezidentin mübahisəli “Xarici təsir qanunu”na qoyduğu vetonun ləğvi ilə bağlı gün ərzində səsvermə keçirib. Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Müzakirələr zamanı parlament binasının ətrafında etiraz aksiyası keçirilib. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü Arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlılar tərəfindən etirazçılara nəzarət üçün canlı dəhliz yaradılıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.

Bu arada Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell “X” platformasında paylaşımında bildirib ki, adıçəkilən qanun Avropa İttifaqı dəyərlərinə uyğun deyil.

“Qanun qəbul olunarsa, iyunda Xarici İşlər Nazirləri Şurasının iclasında bununla bağlı qərar qəbul edəcəyik”, – deyə C.Borrell qeyd edib.

Britaniya siyasətində liderlik savaşı başlayır?

Britaniya siyasətində liderlik savaşı başlayır?

Dünya
19 iyun 2026 316 baxış
İsrail Ordusu Livanın cənubunu bombaladı

İsrail Ordusu Livanın cənubunu bombaladı

Dünya
19 iyun 2026 316 baxış
Putinə təzyiqlər artır? | Ukrayna G7, NATO və Aİ iclaslarından nə qazandı? - Baku TV

Putinə təzyiqlər artır? | Ukrayna G7, NATO və Aİ iclaslarından nə qazandı? - Baku TV

Dünya
19 iyun 2026 316 baxış
Netanyahu özündən çıxdı, orduya əmr verdi - ANA XƏBƏR

Netanyahu özündən çıxdı, orduya əmr verdi - ANA XƏBƏR

Dünya
19 iyun 2026 316 baxış
Putinin reytinqi üzə çıxdı | Vətəndaşlar Rusiya Prezidentinin işini bəyənir? - Baku TV

Putinin reytinqi üzə çıxdı | Vətəndaşlar Rusiya Prezidentinin işini bəyənir? - Baku TV

Dünya
19 iyun 2026 316 baxış
İsrail Livanı bombaladı, İran susdu: Tehran hərbi cavaba niyə tələsmir? - AKTUAL GÜNDƏM

İsrail Livanı bombaladı, İran susdu: Tehran hərbi cavaba niyə tələsmir? - AKTUAL GÜNDƏM

Dünya
19 iyun 2026 316 baxış
Livan xarici işlər naziri kanadalı həmkarı ilə nə danışdı?

Livan xarici işlər naziri kanadalı həmkarı ilə nə danışdı?

Dünya
19 iyun 2026 316 baxış
İsrailli nazirin sözləri ciddi rezonans doğurdu

İsrailli nazirin sözləri ciddi rezonans doğurdu

Dünya
19 iyun 2026 316 baxış
Putinin Rusiya üzrə reytinqi açıqlandı - Baku TV CANLI

Putinin Rusiya üzrə reytinqi açıqlandı - Baku TV CANLI

Dünya
19 iyun 2026 316 baxış
“Onlar darmadağın ediləcək” | Ovannisyandan diqqətçəkən şərh

“Onlar darmadağın ediləcək” | Ovannisyandan diqqətçəkən şərh

Dünya
19 iyun 2026 316 baxış
Seçilmişlər
icon