Gürcüstan Prezidenti hökuməti danladı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Müstəqillik Günü münasibətilə Tbilisidə iki illik fasilədən sonra keçirilən hərbi paradda hökuməti sərt tənqid edib.
O qeyd edib ki, hökumət əhalinin səbrini sınamaq yerinə narahatlığa və eskalasiyaya səbəb olan vəziyyətlərin qarşısını almalı, öz ərazisini qorumalı və sərhədlərinə nəzarət etməlidir. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının Gürcüstana təhlükəsiz şəkildə gələ bilməsi üçün hökumət tərəfindən zəmanət verildiyinə inandığını bildirib.
Salome Zurabişvili həmçinin Müstəqillik Günü ilə bağlı tədbirdə Rusiya ilə birbaşa avia uçuşları bərpa etdiyi üçün hökuməti tənqid edib. Prezident hesab edir ki, ölkəyə gələn rusiyalılar üçün qanuni məhdudiyyətlər tətbiq etmək lazımdır.
“Bu gün sahib olduğumuz müstəqillik vətəndaşlarımızı qorumaq deməkdir. Dövlətçilik ölkənin qayda və qanunlarla idarə olunması deməkdir. Bu, dövlətin yanaşmasıdır və hamıya şamil edilməlidir”, – deyə Gürcüstan lideri bildirib.
S.Zurabişvili ölkəyə kütləvi şəkildə gələn Rusiya vətəndaşlarının və onların xüsusilə səhiyyə, təhsil kimi sahələrdəki fəaliyyəti ilə bağlı heç bir tədbir görülməməsinə və hüquqi tənzimləmə qaydalarının tətbiq olunmamasına təəccübünü gizlətməyib. Gürcüstan Prezidentinin sözlərinə görə, ölkə siyasəti getdikcə Avropa perspektivindən təcrid olunur.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
