Gürcüstan Prezidenti "Seçki Məcəlləsi"nə dəyişikliklərə veto qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, dövlət başçısı Salome Zurabişvili Seçki Məcəlləsinə dəyişikliklərə veto qoyduqdan sonra Mərkəzi Seçki Komissiyasını nüfuzdan salmaq kampaniyasına daxil olub.
Onun sözlərinə görə, hadisələrin bu inkişafı gözlənilən idi. İ.Kobaxidze S.Zurabişvilini dövlətə zidd hərəkətlərdə ittiham edib və hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının vetonun öhdəsindən gələ biləcəyinə əmin olduğunu bildirib.
“Salome Zurabişvili Mərkəzi Seçki Komissiyasını gözdən salmaq kampaniyasına daxildir, bu, onun vəzifələrindən biridir. Buna əsaslanaraq onun vetosu tamamilə məntiqli idi. Bu, onun dövlət əleyhinə hərəkətlərinin növbəti davamıdır”, – İ.Kobaxidze bildirib.
O vurğulayıb ki, MSK-nın seçkiləri səmərəli keçirməsi üçün hər şey ediləcək.
Bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə əsasən yeni koalisiya hökumətinin yaradılmasının tərəfdarı olub. Onun sözlərinə görə, Gürcüstan demokratiyaya doğru uzun bir yol keçib və indi “köhnə zamanların mirası olan” birpartiyalı sistemdən koalisiya hökumətinə keçmək lazımdır.
Bundan əvvəl Gürcüstan Prezidenti parlamentdə çıxış edəndən sonra xarici agent adlandırılıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
