Gürcüstan qalmaqallı qanunu ABŞ-dən "köçürüb"? - Metyu Millerdən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-də xarici agentlərlə bağlı qanun Gürcüstanda nəzərdən keçirilən qaydadan çox fərqlidir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Fərq bu qanunların mahiyyətindədir. Əgər ABŞ-nin xarici agentlərin qeydiyyatı qanununa baxsanız, görərsiniz ki, o, xarici hökumətin maraqlarına xidmət edən insanlar haqqındadır, qanuni şəkildə qeyri-hökumət fəaliyyəti göstərən, humanitar və vətəndaş cəmiyyəti maraqları üçün çalışanlara aid deyil. Bunlar tamamilə fərqli şeylərdir”, – M.Miller vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda tətbiqi nəzərdə tutulan qanun ABŞ-də tətbiq olunan qanunun birə-bir eynisidir. Gürcüstan hökuməti də “Xarici agentlər haqqında” qanun layihəsinin ABŞ-də mövcud qanundan istifadə edilərək hazırlandığını bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
