Gürcüstan üçün hansı qanunlar daha vacibdir? | Kobaxidzedən Brüsselə sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Brüssel sovet Moskvasını xatırlatmamalıdır. Bizə bütün məsələlər üzrə arqumentlər lazımdır”.
“Teleqraf”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının tövsiyələrini jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan üçün ailə dəyərləri, yeniyetmələrin maraqlarının müdafiəsi və şəffaflıq haqqında qanunlar çox vacibdir.
“Bizim Brüsselə bütün bəndlər üzrə dəqiq cavabımız var. Məhkumlara gəlincə isə onların hər biri konkret cinayət törədib. Qoy onlar bu barədə danışmağa başlasınlar. Bu və ya digər məsələlər ilə bağlı hüquqi sualları varsa, bizə qarşı mehriban davransınlar. Təbii ki, belə suallar yoxdur. Yalnız boş siyasi ultimatumlar var ki, bu da təəssüf doğurur”, ‒ İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Avropa Komissiyası Gürcüstana səkkiz tövsiyənin yer aldığı məktub ünvanlayıb və onların yerinə yetirilməsi üçün son tarix avqust ayının sonu müəyyən edilib.
Tövsiyələr əsasən bir neçə qanunun ləğvi, viza siyasətinin Avropa İttifaqının (Aİ) viza siyasətinə uyğunlaşdırılması, LGBT üzvlərinin hüquqlarının tam qorunması ilə bağlıdır. Onların yerinə yetirilməyəcəyi halda Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız rejimin dayandırılacağı gözlənilir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
