Gürcüstanda ara yenə qarışdı | Baş nazirdən Zurabişviliyə ağır sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini ölkəyə xəyanətdə ittiham edib.
Belə ki, Baş nazir çıxışı zamanı xanım dövlət başçısını “satqın” adlandırıb və hökumətin S.Zurabişvilinin xəyanətinə baxmayaraq, ölkənin müstəqilliyini qoruyub saxlaya bildiyini iddia edib.
“Gürcüstan və onun müstəqilliyi hələ də ən çətin sınaqlarla qarşı-qarşıyadır. Bununla belə, bu gün gürcü xalqı müstəqilliyin bərpasının ilk illərində olduğundan qat-qat təcrübəlidir və ölkə suverenliyinin, müstəqilliyinin keşiyində dayanan və milli maraqlarını qoruyan hökumət tərəfindən idarə olunur. Məhz xalqın və onun seçdiyi hökumətin birliyi və düzgün addımları bizə imkan verdi ki, ölkədəki mövcud təhlükələrə və çoxsaylı xəyanətlərə baxmayaraq, son iki ildə sülhün qorunub-saxlanılmasına nail olaq. Gürcüstan Prezidentinin ölkəyə xəyanəti də bu kateqoriyaya daxildir”, – İ.Kobaxidze bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
