Pleyeri seçin:

Gürcüstanda enerji böhranı | Təxribat maddəsi üzrə araşdırma başladılıb - Baku TV

26 iyul 2026 412 baxış

İyulun 25-də Gürcüstanda Qardabani–Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı–Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Bu arada Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti iyulun 24 və 25-də ölkə miqyasında baş vermiş elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb.

Məlumata əsasən, araşdırma sabotaj maddəsi üzrə aparılır. Bu maddə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə onlara zərər vurmağı və yaxud məhv etməyi nəzərdə tutur.

Dövlət Təhlükəsizliyi Xidməti araşdırmanın gedişatı barədə ictimaiyyəti tədricən məlumatlandıracağını vurğulayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. O bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlamasını şərh edərkən danışıb.

Şalva Papuaşvili deyib ki, enerji sisteminin ardıcıl şəkildə sıradan çıxması qeyri-adi hadisədir və baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir.

“Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Buna görə də bütün detalları dəqiqləşdirmək lazımdır. Araşdırmanın nəticəsini qabaqlamaq istəmirəm. Görək istintaq hansı nəticəyə gələcək. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxacaq. Gözləyək, araşdırma nələri ortaya qoyacaq”, – deyə Şalva Papuaşvili vurğulayıb.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 412 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 412 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 412 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 412 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 412 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 412 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 412 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 412 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 412 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 412 baxış
Seçilmişlər
icon