Gürcüstanda etiraz aksiyalarının növbəti dalğası başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Qonşu Gürcüstanda etirazlar səngimir.
Paytaxt Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə parlament binasının qarşısına toplanan minlərlə nümayişçi hakim “Gürcü Arzusu” partiyasının yenidən parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edib.
“Biz gənclər olaraq Rusiya qanununa qarşı yenidən aksiyadayıq. Hakimiyyət illərdir ki, bu qanunu qəbul etməyə çalışır. Ancaq biz buna imkan verməyəcəyik. Ölkəmizdə bu qanunun olması bizim Avropaya inteqrasiyamıza maneə olacaq. Gürcü xalqı rus qanununa “yox” deyir”, – aksiya iştirakçısı bildirib.
Onu da bildirək ki, aksiya ilə əlaqədar parlamentin qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə çoxlu sayda polis əməkdaşı və xüsusi təyinatlılar cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
