Gürcüstanda etirazçı ağzını tikdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın İmereti bölgəsinin Çiatura şəhərində günlərdir ki, aksiya keçirən mədənçilərdən biri etiraz əlaməti olaraq fərqli yola əl atıb.
Belə ki, gürcü mədənçi tələblərinin yerinə yetirilmədiyi üçün ağzını tikdirib. Maaş artımı, eləcə də iş şəraitinin və təhlükəsizliyinin yaxşılaşdırılmasını tələb edən mədənçilər şəhər meriyasının qarşısında aclıq aksiyası keçirirlər. Tam gücləri ilə çalışdıqlarını bildirən mədənçilər şirkət rəhbərliyinin onlardan 40% daha çox işləmək tələb etdiklərini, bunun isə imkansız olduğunu deyirlər.
Təxminən 3 000 mədənçinin qoşulduğu aksiyalar zamanı etirazçılar iş üçün lazım olan avadanlıqların olmadığını bildirirlər. Etiraz səbəbi ilə bölgədəki mədənlərin fəaliyyətləri günlərdir ki, dayanıb.
Qeyd edək ki, Çiatura şəhərində Gürcüstanın ən böyük manqan mədənləri fəaliyyət göstərir. Bölgədə eyni zamanda dünyanın ən böyük manqan rezervlərinin yerləşdiyi təxmin edilir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
